Manatın xarici valyutalara qarşı məzənnəsi açıqlandı

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın mayın 4-ə olan məzənnəsini açıqlayıb.

AMB-dən verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi mayın 3-ü ilə müqayisədə dəyişməyərək 1,7024 manat olub.

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 1,8615 manatdan 1,8549 manatadək azalıb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi isə 0,0299 manatdan 0,0297 manata düşüb.

Türkiyə lirəsinin məzənnəsi 0,4830 manatdan 0,4820 manatadək azalıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqinin məzənnəsi 2,1992 manatdan 2,1924 manatadək ucuzlaşıb. Gürcüstan larisinin məzənnəsi isə 0,6956 manatdan 0,6961 manatadək bahalaşıb.

oxu.az

%d bloqqer bunu bəyənir: