Azərbaycan hökuməti son 5 ayda xarici banklardan 3,5 milyard dollar alıb

Chakrabarti: “EITI-nin bəzi kriteriyaları xeyli çox adamları narahat edirdi”

Bloomberg saytı yazır ki, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü qurumundan çıxmasına baxmayaraq, Avropada Yenıdənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycana Cənub Qaz Dəhlizi layihəsindəki payının maliyyələşdirilməsi üçün 500 milyon dollarlıq kreditin verilməsinin hazırlıq prosesinə başlayıb.

AYİB prezidenti Suma Chakrabarti Londonda verdiyi müsahibədə deyib ki, bank 40 milyard dollarlıq kəmər layihəsinin maliyyələşdirilməsi prosesini işə salıb.

Azərbaycan Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü, bu qurum insan haqlarının vəziyyətinə və vətəndaş azadlıqlarının boğulmasına görə onun fəaliyyətini dayandırdıqdan sonra tərk edib.

İndi isə öz kriteriyasına demokratiyanın da daxil olduğu AYİB-in rəhbəri Azərbaycanın EITI-dən kənarda qalmasının səbəbini bu qurumun kriteriyalarında görür.

Chakrabarti qeyd edir ki, EITI-nin “bəzi kriteriyaları xeyli çox adamları narahat edirdi”. AYİB rəhbəri söhbətin hansı kriteriyalardan getdiyini xırdalamayıb, halbuki EITI Azərbaycanın qurumdakı fəaliyyətini dayandırarkən bunun konkret insan haqlarının və vətəndaş cəmiyyəti fəallarının vəziyyəti ilə bağlı olduğunu açıq bəyan edib, – “Amerikanın səsi” məlumat verir.

Bloomberg yazır ki, Azərbaycan ötən dekabrdan bəri Dünya Bankı da daxil beynəlxalq maliyyə təsisatlarından 1, 5 milyard dollarlıq kredit ala bilib və daha 2 milyard dollar iki bondun satışından əldə olunub.

Bloomberg-in yazdığına görə Chakrabarti deyib ki, Azərbaycanda iqtisadi və siyasi islahatlar “yavaşıyıb”.

Əslində AYİB rəhbəri müsahibəsində daha konkret deyib. Chakrabarti deyib ki “son bir ildə” Azərbaycanda islahatlar əslində “dayanıb”, amma “bir balaca canlandırmaya” ehtiyac var.

Bloomberg yazır ki, Azərbaycan İqtisadiyyat Nazirliyinin sözçüsü Abbas Əliyev şərh verməkdən imtina edib.

Bastainfo.com

%d bloqqer bunu bəyənir: