Bakı yollarında İslamiada qadağası qüvvəyə minir

Həmin qadağalara görə, sarı zolaqdan keçməyə icazə verilmir

Mayın 5-dən IV İslam Həmrəyliyi Oyunları ilə bağlı Bakı yollarında xüsusi zolaqlarda hərəkət qadağası qüvvəyə minir.

Həmin qadağalara görə, sarı zolaqdan keçməyə icazə verilmir.

Baş Dövlət Yol Polisi (DYP) İdarəsi paytaxtın mərkəzi hissələrində yerləşən idarə, müəssisə, təşkilat rəhbərlərinə, habelə bu ərazilərdə müxtəlif sahələr üzrə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə müraciət edib

Qadağan olunmuş zolaqdan yalnız yarış iştirakçıları, təcili yardım və hüquq-mühafizə orqanları istifadə edə biləcəklər. Qadağanı pozan sürücü 40 manat cərimə ediləcək. Bu qayda mayın 25-nə kimi qüvvədə olacaq.

Eyni zamanda, həmin tarixə kimi rayonlardan gələn nəqliyyat vasitələrinin şəhərə daxil olmasına da məhdudiyyət tətbiq ediləcək.

Bu il mayın 12-dən 22-nə kimi Bakıda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. 20 idman növü üzrə təşkil edilən yarışlara dünyanın 50-dən çox ölkəsindən 3 minə qədər idmançının qatılacağı gözlənir.

Bastainfo.com

%d bloqqer bunu bəyənir: