Fransada seçki öncəsi Macron-un kampaniya serverlərinə hücum edilib

Fransanın prezidentliyə namizədi Emmanuel Macron-un partiyası bildirib ki, onun serverlərinə “kütləvi və uzlaşdırılmış” haker hücumu olub.

BBC Azərbaycanca xəbər verir ki, seçki qərargahının nümayəndələrinin fikrincə, naməlum hakerlərin məqsədi – Macron-un sağ millətçilərin namizədi Marin Le Penlə yarışdığı seçkilərin ikinci turu ərəfəsində ölkədə siyasi vəziyyətə təsir göstərməkdir.

Səsvermə mayın 7-də keçiriləcək.

Macron-un partiyası bildirib ki, partiya üzvləri və seçki kampaniyasının iştirakçılarına məxsus 9 qiqabaytlıq yazışmalar oğurlanıb.

Macron-un tərəfdarları onu da bildirir ki, paylaşılmış materiallar arasında saxta sənədlər də var.

Partiya bəyan edib ki, bu yazışmalarda nüfuzdan salan materiallar yoxdur: Orada yalnız seçkiqabağı qərargahının normal fəaliyyəti öz əksini tapıb. Macron-un ətrafı şübhə etmir ki, sənədlərin seçkilərə bir gün qalmış nəşr olunması nəticələrə təsir etmək üçündür.

“Bu, çox ciddi hadisədir və biz demokratiyanın həyati vacib prinsiplərini təhlükə altına qoyulmasına yol verə bilmərik”, bəyanatda deyilir.

Partiya insidentin araşdırılmasına nail olacağını deyib.

Prezident seçkilərinin ikinci turu mayın 7-də keçiriləcək.

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: