Müsavat başqanın Arif Bağırzadəni təbrik etdi

Müsavat Partiyasının başqanı Arif Hacılı partiya fəalı Arif Bağırzadəni doğum günü münasibəti ilə təbrik edib. Təbrikdə deyilir:

Hörmətli Arif bəy!

arif bagirzadeSizi 70 yaşınızın tamam olması münasibəti ilə təbrik edir, Sizə uzun ömür can sağlığı, işlərinizdə uğurlar arzulayıram. Siz Azərbaycan Xalq Hərakatının ilk günlərindən ölkəmizin müstəqilliyi uğrunda gedən mübarizənin fəal iştirakçılarından biri olmusunuz. Siz sonrakı illərdə Müsavat partiyasına qosularaq partiyanın işində daim fəallıq göstərmiş, öz fədakarlığınızla, prinsipalliginizla başqalarına nümunə olmuş, ölkədə azad, demokratik cəmiyyətinin qurulması uğrunda gedən mübarizəyə töhfələr vermisiniz.

Siz bu gün də Nəsimi rayon təşkilatının sədr müavini kimi rayon təşkilatının, Müsavat Partiyasının güclənməsində fəallıq göstərirsiniz. Müsavat ideologiyasının təbliğində, sıralarımızın artırılmasında xidmətləriniz danılmazdır. Fəal həyat mövqeyiniz, işgüzarlığınız və səmimiyyətiniz partiyadaşlarınız və Sizi tanıyanlar arasında Sizə böyük nüfuz qazandırıb. Əminəm ki, övladlarınız, yaxınlarınız, Sizi tanıyan hər kəs Sizinlə daim qürur duyacaq.

Hörmətli Arif bəy!

Sizi bir daha doğum günü münasibətilə təbrik edir, Sizə uzun ömür, can sağlığı, şəxsi həyatınızda xoşbəxtlik, apardığınız mübarizədə uğurlar arzulayıram.

%d bloqqer bunu bəyənir: