Müsavatda şahmat turniri başladı

Bu gün Müsavat Partiyasının qərargahında şahmat turnirinə start verilib. Partiyanın 28 May – Respublika Günü münasibətilə təşkil etdiyi açıq turnirdə 20 şahmatçı iştirak edir. 

Turnirdə əvvəlcə yarış qruplarının müəyyən edilməsi üçün püşkatma keçirilib. Turnirin təşkilat komitəsinin sədri Yusif Tağı yarışın əsasnaməsini istirakçıların nəzərinə çatdırıb.

“Turnir iştirakçıları arasında müsavatçılarlara yanaşı, bitərəflər, başqa təşkilatların üzvləri, 7 -dən 70-ə dək ən müxtəlif yaşda olan şahmatçılar iştirak edir. Yarışın təşkilinə Azərbaycan Şahmat Federasiyası da dəstək verir”, – Yusif Tağı bildirib.

Daha sonra Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər yarış iştirakçılarını salamlayıb, Müsavat şahmat turnirləri təşkil etmək ənənisini xatırladıb və hamıya uğurlar arzulayıb. 

Yarışın ilk günündə I və II turlara yekun vurulub. Turnirdə İsa Qəmbər özü də iştirak edir və o, ilk 2 oyunda 2 qələbə qazanıb.

Yusif Tağının verdiyi məlumata görə A qrupunda Allahverdi Mahmudov, Elmidar Əliyev liderdirlər. B Qrupunda Mustafa Hacıbəyli, C Qrupunda İsa Qəmbər hələlik xal itirməyiblər. Qızğın rəqabətin getdiyi E qrupunda isə hər şey sonrakı turlarda müəyyən ediləcək.  

Mustafa Hacıbəyli

Bastainfo.com

%d bloqqer bunu bəyənir: