“Baku 2017” zolağına daxil olan 520-dən artıq sürücü cərimələndi

Bakı yollarında ‘IV İslam Həmrəyliyi Oyunları üçün ayrılmış xüsusi zolağa girən digər avtomobillərin sürücüləri ötən gündən etibarən cərimə olunurlar.
Xezerxeber.az məlumat verir ki, qaydalara görə müvəqqəti olaraq bu zolaqda yalnız operativ nəqliyyat vasitələri və xüsusi icazəsi olan avtomobillər hərəkət edə bilər. Hətta bunu qadağan edən nişanlar da zolaq boyu bir neçə yerdə qoyulub.
Sürücü bu qaydanı eyni gündə neçə dəfə pozarsa o qədər cərimə ediləcək. Cərimənin məbləği isə 40 manatdır. Oyunlar zolağına qanunsuz şəkildə girən sürücülərin cərimələnməsi isə mayın 25-ə kimi davam edəcək.
 
Bastainfo.com
%d bloqqer bunu bəyənir: