Müsavatın şahmat turnirində qrup mərhələsinin qalibləri müəyyənləşdi

Bu gün Müsavat Partiyasının qərargahında 28 May – Respublika Günü münasibətilə təşkil olunan açıq turnirinin 3-cü və 4 -cü turun oyunları oynanılıb.

Turnirin təşkilat komitəsinin sədri Yusif Tağının “Basta”ya verdiyi məlumata görə, bununla yarışın qrup mərhələsi başa çatıb. Məlumatda bildirilir ki, yarışa qatılan 20 həvəskar şahmatçıdan 8 nəfəri növbəti mərhələyə vəsiqə qazanıblar.

Qrup mərhələsinin qalibləri aşağıdakılardır:

A qrupu:

1.Allahverdi Mahmudov (3 xal)

2.Elmdar Əliyev (3 xal)

B qrupu:

1.Mustafa Hacıbəyli (3,5 xal)

2.Cəmil Qanbay (3 xal)

C qrupu:

1.Emin Yavəri (3 xal)

2.İsa Qəmbər (3 xal)

D qrupu:

1.Rəşad Məmməd (3,5 xal)

2.Arif Əhməd (2,5 xal)

Yusif Tağı yarışın ilkin mərhələsində uduzmalarına baxmayaraq, bu turnirə qatılan hər kəsə partiya adından təşəkkür bildirib.

“Xüsusən partiya üzvü olmayan iştirakçılara təşəkkür edirik. Növbəti mərhələyə keçən 8 şahmatçıdan da 3-ü bitərəflərdir”, – Yusif Tağı bildirib. 

Turnir mayın 13-də davam etdiriləcək. 

IMG_0440

Mustafa Hacıbəyli

Bastainfo.com

%d bloqqer bunu bəyənir: