Müsavat güc nazirliklərində baş vermiş xoşagəlməz halları müzakirə edib

Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Öncə Şuşa şəhərinin işğalı zamanı şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Divanda Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı  seçki islahatları mövzusunda keçirilən Dəyirmi Masa barədə  məlumat verib.

İclasda Müsavat Partiyasında 28 May – Respublika Gününə həsr olunan şahmat turniri ilə bağlı məlumat verilib.

Başqan müavini Elman Fəttahın Müsavat Partiyasının Şəki rayon İcra Hakimiyyətinə qarşı keçirilən apellyasiya prosesi barədə məlumatı dinlənilib.

Divanın yığıncağında bir sıra partiyadaxili məsələlərə baxılıb.

İclasda güc nazirliklərində baş vermiş xoşagəlməz hallar ətraflı müzakirə edilib.

Bastainfo.com

%d bloqqer bunu bəyənir: