Şimali Koreya “ABŞ vətəndaşı Kim Hak-song-u həbs edib” – Foto

Şimali Koreya deyir ki, dövlətə qarşı “düşmən aktlarında” şübhəli bilinən ABŞ vətəndaşını tutub.

Pxenyan Elm və Texnologiya Universitetində (PUST) işləyən Kim Hak-song mayın 6-da saxlanılıb, KCNA dövlət agentliyi xəbər verir.

Hazırda daha üç nəfər ABŞ vətəndaşı, o cüməldən PUST-da dərs verən Kim Sang-duck, Şimali Koreyada saxlanılır.

Keçmişdə ABŞ deyib ki, Şimali Koreya Amerika vətəndaşlarını həbs edərək girov edir.

KCNA agentliyinə əsasən Kim Hak-song-un iddia olunan cinayətləri “müvafiq orqanlar” tərəfindən “ətraflı araşdırılır”.

Bundan başqa detallar açıqlanmayıb.

PUST-da əsasən Şimali Koreya elitasının uşaqları oxuyur.

Bu universitet 2010-cu ildə, koreyalı-amerikalı xristian iş adamı tərəfindən təsis olunub. Onu əsasən ABŞ və Cənubi Koreyada yerləşən xristian xeyriyyə təşkilatları maliyyələşdirir.

Deyilənə görə, universitetdə bir sıra xarici müəllim dərs deyir.

Kim Dong-chul, 25 mart 2016 Daha bir ABŞ vətəndaşı Kim Dong-chul ötən il 10 illik ağır əmək cəzası almışdı
Otto Frederick Warmbier Tələbə Otto Warmbier 2016-cı ilin yanvar ayında Şimali Koreyada həbs olunmuşdu

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: