“Şuşada cəmi 700 əsgər vardı” – hamının üzərindən sükutla keçdiyi fakt – Video

Şuşanın işğalından 25 il ötür. 25 ildir ki, Şuşanın işğalının arxasında hansısa qaranlıq məqamlar axtarılır, bəzən ağlasığmaz versiyalar, ittihamlar irəli sürülür. Mövzu ilə bağlı Şuşa uğrunda döyüşlərin iştirakçısının ötən il verdiyi müsahibəni təqdim edirik:

Mustafa Hacıbəyli “Kanal13” internet televiziyasının efirində Şuşanın işğalı ilə bağlı sualları cavablandırıb.

“Şuşanın işğalı mayın 8-dən xeyli əvvəl başlamışdı. İnanmıram ki, kimsə Şuşanı bilərəkdən erməniyə satsın. Elburus Orucov Briqada komandiri təyin olunduqdan sonra mayın 5-də məlum olmuşdu ki, Şuşada şəhəri qoruyan cəmi 700 silahlı əsgər var.

Ramiz Qəmbərovun rəhbərlik etdiyi batalyonun nə tankı nə də, topu vardı. Şuşada bizdə o zaman cəmi 2 tank, 3-4 PDM, 5-6 BMP vardı. Hər əsgərin də cəmi bir avtomatı və bir darağı vardı. Mütəllibovun zamanında hələ ermənilərin bizə düşmən olmadığı obrazı yaradılarkən, ermənilər ordu yaradırdı, topla-tankla silahlanırdılar.

Mayın 8-də hücum zamanı Şuşada “Aşağı Zapravka” postunu qoruyan 27 nəfərlik qrupdan cəmi 3 nəfər sağ qaldıq. 1993-ci ilin iyun ayında 30-dan artıq könüllü batalyon ləğv edildi və ondan sonra Fizuli, Cəbrayıl, Zəngilan, Qubadlı işğal olundu. Şuşada Ağdamdan,  Fizuldən, bashqa rayonlardan komək gözləyirdilər, amma heç bir dəstək gəlmədi. Adicə bir zirehli maşını vurmaq üçün heç bir silahımız yox idi. Postlar arasında heç bir rabitə də yox idi. Şuşanın işğal edildiyi gün Rəhim Qazıyev Rusiyada yox, Yevlaxda olub. Şuşa mayın 8-də işğal olunmadı, bəzi əsgərlərimiz  daha 3 gün orda vuruşmuşdu. Erməni heç bir yeri asanlıqla almayıb: biz bu müharibədə on minlərlə şəhid vermişik. Elburus Orucovu çox ittiham edirlər, amma Şuşada onun əmirlərini belə yerinə yetirmirdilər. Qarabağı azad etmək üçün üçün Rusiyanın zəifləməsindən istifadə etməliyik. Batalyon komandiri Tofiq Oğuz görünməmiş qəhrəmanlıq göstərmişdi, cənazəsi də döyüş meydanında qalmışdı. Ramiz Qəmbərov olduqca böyük şücaət göstərmişdi və o aprelin 30-da şəhid olmuşdu. Tankist Albert Araqunov mayın 8-də öldürülənə qədər tankı ilə vuruşmuşdu” – Mustafa Hacıbəyli, Onun baxış bucağı 41-ci buraxılış

%d bloqqer bunu bəyənir: