Gəncədə ər hamilə arvadının boğazını kəsib

Gəncə şəhərində hamilə qadın bıçaqlanıb.
“Basta” Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Kəpəz rayonu ərazisində yerləşən “Sərçə bazarı” adlanan ərazidə baş verib.
Hələlik adı məlum olmayan şəxs hamilə arvadı – 1983-cü il təvəllüdlü Ülviyyə Əliyevanın boğazını kəsdikdən sonra intihara cəhd edərək özünü bıçaqlayıb. Yaralı Gəncə şəhər Təcili Tibbi
Yardım Xəstəxanasına aparılıb. Həkimlər tərəfindən əməliyyata alınan yaralının vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Bastainfo.com
%d bloqqer bunu bəyənir: