Macarıstan prezidenti siyasi diskursda nəzakətə çağırır

Bazar ertəsi Macarıstanın prezidenti Yanos Ader deyib ki, ictimai diskursun pisləşməsi ölkənin 1990-cı ildə demokratiyaya geri döməsi ilə əldə etdiyi uğurların məhv olma riskini artırır.

Amerikanın Səsi bildirir ki, Ader onun parlamentdə baş tutan induksiya mərasimində qanunvericilərə bildirib ki, siyasətçilər mübahisələrinə bir-birlərinin ailələri və ya cinsi və dini kimliklərini cəlb etməməlidirlər.

Ader həmçinin deyib ki, bu məsələdə böyük öhdəlik baş nazir Viktor Orbanın Fidesz partiyasının başçılıq etdiyi hökümətə düşür.

Onun bu şərhlərlə müxalif siyasətçilər və fəalları hədəf alan əsassız, böhtan xarakterli hesabatlara istinad etdiyi güman edilir. Bu hesabatlar həm dövlət həm də ifrat miqdarda hökümət reklamlarından faydalanan özəl media tərəfindən dərc olunur.

Prezident həmçinin vəzifəsinin ilk dövründə “zərər çəkən və ya təhqir olunan hər kəsdən” üzr istəyib. Qanunvericilər onu mart ayında ikinci dəfə 5 illik müddətinə prezident seçiblər.

Ader özü bu yaxınlarda Macarıstanın ali təhsil qanunlarına edilən dəyişikliklərə etiraz etməmək qərarına görə bir çox tənqidlərlə üzləşib. Bu dəyişikliklər amerikalı milyader Corc Sorosun 1991-ci ildə təsis etdiyi Mərkəzi Avropa Universitetinin Budapeştdən köçürülməsinə gətirib çıxara bilər.

Müxalif Sosialist partiyası və bir sıra digər müxalif millət vəkilləri Aderin induksiya mərasiminə iştirak etməyiblər.

Sosialistlər deyir ki, Ader “2012-ci ilədək Fidesz partiyasının əsgəri idi və prezident seçiləndən sonra da elə qaldı”. “Onun şəxsiyyəti və fəaliyyəti bir an olsun belə Macarıstan xalqını birləşdirmədi”.

Orban 2018-ci ilin aprel ayında dördüncü dəfə namzidəliyini irəli sürəcək. Hazırkı rəy sorğuları Fideszin digər siyasi partiyalardan xeyli öndə gəldiyini göstərir.

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: