Sumqayıtda doğuş zamanı ana və uşaq öldü

Sumqayıt şəhərində doğuş zamanı ana və körpəsi ölüb. Hadisə Sumqayıt şəhər 1 saylı Doğum evində qeydə alınıb.

Abzas.netin verdiyi xəbərə görə, 1979-cu il təvəllüdlü Gülnarə Təyyar qızı Əkbərova doğum zamanı dünyaya gətirdiyi körpə ilə yanaşı, özü də ölüb.

Əkbərovlar ailəsi həkim səhlənkarlığı iddiası ilə aidiyyəti qurumlara şikayət ediblər. Şikayət əsasında ana və körpənin meyiti Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertizia və Patoloji Anatomiya Birliyinin Mərkəzi şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xüsusi qeyd: Sumqayıtdakı Doğum evlərində dəfələrlə ana və uşaq ölümləri baş verib. Bu cinayət hadisəsinə görə nə xəstəxana rəhbərliyi, nə də, hansısa həkim cinayət məsuliyyətinə cəlb olunmayıb. Sumqayıtdakı 1 Saylı Doğum evi bir zamanlar yenidoğulmuşun oğurlanmasına görə də, gündəmə gəlmişdi.

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: