Müsavat AKM Heydər Əliyevin ad günündə etiraz aksiyası keçirdi – FOTO, VİDEO

Bu gün Almaniyada Müsavat Avropa Koordinasiya Mərkəzinin (Müsavat AKM) Bayern özəyinin bir qrup fəalı etiraz aksiyası keçirib.

Müsavat AKM-in üzvü Əli Quliyevin “Basta”ya verdiyi məlumata görə, aksiyada Azərbaycandakı siyasi məhbuslara azadlıq tələb edilib.  

Aksiyada çıxış edənlər ölkəmizdə “Gül bayramı” adı altında Heydər Əliyevin doğum gününün qeyd olunmasına və Əliyev diktaturasına etiraz bildiriblər. Tədbirdə çıxış edən Əhməd Cəlaloğlu bu aksiyanın Müsavat AKM-in Bayern özəyinin, o cümlədən Samir Qasımovun təşəbbüsü ilə keçirildiyini qeyd edib, müsavatçı mühacirlərin etiraz aksiyalarının Avropanın müxtəlif şəhərlərində davam etdiriləcəyini, Azərbaycanın demokratikləşməsi üçün mübarizənin dayanmayacağını bildirib.

Aksiyada “heykəl məhbusları” Qiyas İbrahim və Bayram Məmmədovla yanaşı, Mehman Hüseynov, Seymur Həzi, Asif Yusifli, İlkin Rüstəmzadə, İlqar Məmmədov, Fuad Qəhrəmanlı, Əli İnsanov,  Taleh Bağırzadə, Mövsum Səmədov və digər siyasi məhbusların şəkilləri qaldırılıb. Azərbaycanın və Müsavat Partiyasının bayraqları altında keçirilən aksiyada həmçinin Əliyev rejiminə etiraz palakatları qaldırılıb. 

Aksiya sosial şəbəkədə canlı olaraq yayımlanıb. Aksiyanın video-görüntülərini təqdim edirik:

 

aksiya akm

Mustafa Hacıbəyli

Bastainfo.com

%d bloqqer bunu bəyənir: