Müsavat başqanı Türkiyədən qayıtdı

Müsavat başqanı Arif Hacılı Türkiyədən qayıdıb. Bakı hava limanında başqanı bir qrup müsavatçı, o cümlədən Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı, başqan müavini Fərəc Kərimli, MGT idarə heyətinin üzvü Əbülfəz Sadıxbəyli, Divan üzvü Razim Əmiraslanlı, departament rəhbərləri Yusif Tağı, Kərimxan Zeynalov və gənclər təşkilatının fəalları qarşılayıb.

Müsavatın mətbuat departamentindən verilən məlumata görə, səfər qeyri-rəsmi xarakter daşısa da, Arif Hacılı Türkiyənin siyasət adamları ilə bəzi görüşlər keçirib.

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: