Azərbaycan Beynəlxalq Bankı özünü bankrot elan etdi

Azərbaycan Beynəlxalq Bankı Nyu Yorkda bankrot elan olunmağı üçün məhkəməyə müraciət edib.

“Basta” axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı  “Wall Street Journal” qəzeti yayıb.

ABB bu addımı özünün 3,3 milyard dollar həcmindəki borcunun restrukturizasiyasına yardım almaq üçün atıb.

Qeyd edək ki, ABB son günlər ən ağır günlərini yaşayır. Ölkənin ən böyük bankı düşdüyü çətin vəziyyətdən hələ də çıxış yolu tapa bilməyib.

Azərbaycan Beynəlxalq Bankı məlumatla bağlı hər hansı açıqlama verməyib.

Bastainfo.com

%d bloqqer bunu bəyənir: