İlqar Məmmədov: Bazarlıq ədalətli deyil!

“Məsləhət görürəm ki, AXP öz adını təmiz saxlasın”

ReAL Hərəkatının sədri İlqar Məmmədov həbsdən azad olacağı təqdirdə YAP-ın Avropa Xalq Partiyasına üzv olacağı şərtini ədalətli saymır. ReAL sədri bununla bağlı həbsxanadan ismarıc göndərib. O yazır:

“Azərbaycanın nominal olaraq hakimiyyətdəki partiyası olan YAP uzun müddətdir ki, Avropa Xalq Partiyasına (AXP- 41 ölkədən 79 sağ-mərkəzçi partiyanı özündə birləşdirən Avropa miqyasında ən böyük və nüfuzlu qurumdur ) üzv olmağa çalışır. Əgər qəbul olunarlarsa, bizim sülalə hakimiyyəti Avropa Şurasına layiq olmadığı üzvlükdən daha böyük ölçüdə faydalar əldə edəcək. Bir neçə qayğılı AXP üzvlərindən öyrənmişəm ki, Avropa Şurası Nazirlər Komitəsinin 10 aralıq qətnaməsinə bugünə qədər məhəl qoymayan hakimiyyət mənim azad olunmağım şərtilə bəlkə də bu quruma qəbul edilə bilər. Mən məsləhət görürəm ki, AXP öz adını təmiz saxlasın. Bazarlıq ədalətli deyil! Hökumət sadəcə olaraq öz üzvlük öhdəliklərini yerinə yetirməlidir. O, qeyri-qanuni həbs olunmuş prezidentliyə namizəd və ya digər siyasi məhbusların azad olunması hesabına özü üçün fayda əldə etməməlidir.

Meydan TV

%d bloqqer bunu bəyənir: