Müsavatçı gənclər aksiyaya qoşuldu – Azadet!

Müsavatçı gənclər NİDA vətəndaş hərəkatının təşəbbüsü ilə keçirtdiyi, şərlənərək həbs olunan üzvləri Qiyas İbrahimov və Bayram Məmmədovun azad olunmasını tələb edən şüarlar yazılmış fotoplakatlar paylaşaraq hər kəsi bu aksiyaya qoşulmağa dəvət edirlər.

 

Şüarlar belədir:

 

FreeQiyas

FreeBayram

SiyasiMəhbuslaraAzadlıq

ŞərlənənGənclik

QulBayramı

Müsavat Gənclər Təşkilatının İdarə Heyyətinin üzvü Əbülfəz Sadıqbəyli

Müsavat Gənclər Təşkilatının üzvü Tural Hacıbəyli

Müsavat Gənclər Təşkilatının üzvü Orxan Hacıbəyli

18425087_1333519250047493_5927883728668851508_n

Müsavat Gənclər Təşkilatının üzvü Qədir Nağıyev

 

XATIRLATMA

Bayram Məmmədov və Qiyas İbrahimov keçən il mayın 10-da saxlanılıblar. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib. Onunla birlikdə saxlanan Q.İbrahimovdan da 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə 1 kiloqram 10 qram heroin tapıldığı iddia edilir.

Gənclərin üzvü olduqları NİDA hərəkatı isə onların keçmiş prezident Heydər Əliyevin abidəsinə şüar yazdıqlarına görə həbs edildiyini bildirib.

Mayın 12-də Xətai Rayon Məhkəməsi hər iki gənc haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçib. Sentyabrın 6-da B.Məmmədov barəsindəki həbs müddəti 2 ay 1 gün artırılıb.

Qiyas İbrahimov oktyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib. Gənc fəal özü də məhkəmədə deyib ki, o, məhz Heydər Əliyevin doğum günü abidəsinə “Qul bayramınız mübarək!” yazdığına görə həbs edilib.

 

Könül Alı

Bastainfo.com

 

%d bloqqer bunu bəyənir: