Fransa Azərbaycanda saytların bloklanmasına etiraz olaraq bəyanat yayıdı

Mayın 12-də keşirilən məhkəmə prosesi başa çatıb və nəticədə Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi “Azadlıq” qəzetinin azadlıq.info, “Azadlıq Radiosu”nun azadlıq.org, azərbaycansaatı.com, Meydan.tv saytlarını və “Turan” telekanalı (Turan TV) və “Azərbaycan saatı” teleproqramlarının bloklanması ilə bağlı müraciəti qismən təmin edilib və ölkə ərazisində saytlara giriş qadağan edilib.

Azərbaycan hökumətinin bu qərarını söz, fikir azadlığına qarşı addım hesab edən Fransa Xarici işlər və Beynəlxalq İnkişaf nazirliyi bəyanat yayıb.

Fransa Xarici işlər və Beynəlxalq İnkişaf nazirliyinin

Bəyanatı

Coxsaylı informasiya internet saytların yayımını dayandırılması barədə Azərbaycan hökümətinin qərarından Fransa narahatlığını bildirir.

Fransa-Azərbaycan hökümətinin sərbəst tərəfdar çıxdığı beynəlxalq öhdəliklərə və vətəndaş cəmiyyətlərinin inkişafı və demokratik istitutların möhkəmlənməsi üçün fundamental əsasları təşkil edən fikir və mətbuat azadlıqlarına tam riayət etməyə çağırır.

Fransa Azərbaycanda mediaların vəziyyətini daha yaxından izləməkdə davam edəcək. 

 

Bastainfo.com

 

%d bloqqer bunu bəyənir: