Müsavat başqanı Marina Balaxanovanı təbrik etdi

Müsavat Partiyasının başqanı Arif Hacılı Müsavat Partiyasının fəalı Marina Balaxanovanı 70 yaşının tamam olması münasibəti ilə təbrik edib.

Təbrikdə deyilir:

“Hörmətli Marina xanım!

Sizi doğum günü münasibətilə təbrik edir, Sizə uzun ömür, can sağlığı, işlərinizdə uğurlar arzulayıram. Siz Azərbaycanın istiqlalı və azadlığı uğrunda gedən mübarizənin fəallarından olmusunuz. Sonrakı illərdə fəaliyyətinizi Müsavat Partiyasında davam etdirərək partiyanın Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu, azad seçki və digər azadlıqların təmin olunması uğrunda apardığı mübarizədə daim iştirak etmisiniz.

Siyasi fəaliyyətinizdə və özəl həyatınızda vicdanlılıq, cəsarət, vətənpərvərlik, səmimiyyət, fədakarlıq, və ziyalılıq nümunəsi göstərmisiniz. Siz partiyanın iştirak etdiyi bütün seçkilərdə saxtakarlıqların qarşısının alınmasında mübarizlik göstərmisiniz və sonrakı proseslərdə üzləşdiyiniz repressiyalar zamanı nümayiş etdirdiyiniz cəsarət və əqidəyə sədaqətiniz xüsusi ilə təqdirəlayiqdir. Fəal həyat mövqeyiniz, işgüzarlığınız, prinsipiallığınız, səmimiyyətiniz partiyadaşlarınız və Sizi tanıyanlar arasında Sizə böyük nüfuz qazandırıb. Siz uzun müddət Müsavat Partiyası Xaçmz rayon təşkilatının şura üzvü olaraq rayon təşkilatının və partiyanın güclənməsi, qərarlarının icrası, Müsavat ideologiyasının təbliği, sıralarımızın artırılması üçün ciddi işlər görmüsünüz. Belə fəaliyyətiniz bu gün də davam edir.

Siz həm də uzun müddət pedoqoji fəaliyyətlə məşğul olmusunuz, pedoqoji fəaliyyətiniz dövründə bu şərəfli peşənin öhdəsindən layiqincə gəlmisiniz.

Hörmətli Marina xanım!

Sizi bir daha doğum günü münasibətilə təbrik edir, Sizə uzun ömür, can sağlığı, şəxsi həyatınızda xoşbəxtlik və apardığınız mübarizədə uğurlar arzulayıram.

%d bloqqer bunu bəyənir: