Müsavat: “Daşqın Ağalarlı və Gürcüstandakı digər fəallarla bağlı məlumatlar narahatlıq doğurur”

Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. İclasda əvvəlcə Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı  görülən işlər barədə  məlumat verib, – partiyanın mətbuat departamentindən verilən məlumatda bildirilir.

Müsavat Partiyasının başqanı Arif Hacılı Türkiyəyə səfəri, Azərbaycan Kültür Dərnəyində və digər görüşləri barədə məlumat verib.

Divan üzvü Alya Yaqublu Avropa Qadınlar Akademiyasının təşkilatçılığı ilə  keçirilən “Seçki məsələləri” mövzusunda  beynəlxalq konfrans barədə məlumat verib.

Divanda Azərbaycan xalqının 15 may 1993-cü ildə ikinci dəfə öz hakimiyyətini qurması ilə bağlı fikir mübadiləsi aparılıb.

Müsavat Partiyası Avropa dəyərlərinə hörmət edən, avrointeqrasiya xətti yeridən Gürcüstan dövlətinin Azərbaycan hökuməti tərəfindən təzyiqlərə məruz qalan Daşqın Ağalarlıya və digər siyasi aktiv şəxslərə qarşı mənfi münasibəti haqqında məlumatlardan narahat olduğunu bildirir, Gürcüstan hökumətinin bu məsələdə insan haqları və demokratiya prinsiplərinə hörmətlə yanaşacağına ümid edir.

İclasda Müsavat Partiyasında 28 May – Respublika Gününə həsr olunan şahmat turnirinin yarımfinalı barədə  məlumat verilib.

Bastainfo.com

%d bloqqer bunu bəyənir: