Elvin Abdullazadəyə polis idarəsində xəbərdarlıq elan edildi – Yenilənib

Müsavat Partiyasının üzvü, keçmiş vicdan məhbusu Elvin Abdullazadəyə bu gün Bakı Şəhər Baş Polis İdarəsində xəbərdarlıq elan edilib.

“Basta” əməkdaşı ilə söhbətində Elvin Abdullazadə bildirib ki, polis idarəsinə vəkil Nemət Kərimli ilə gedib. Lakin vəkil “ehtiyac yoxdur” arqumentilə idarəyə buraxılmayıb.

“Mənə xəbərdarlıq elan etdilər. Konkret nə ilə bağlı olduğunu demədilər. Ehtimal edirəm ki, son günlər sosial şəbəkədə paylaşdığım yazılarla bağlıdır” – Elvin Abdullazadə bildirib.

Vəkil Nemət Kərimli isə bildirib ki, partiya üzvlərinin  bu cür polisə çağırılması siyasi təzyiqdir.

***

Mayın 12-də Müsavat Partiyasının üzvü Elvin Abdullazadə Başı Şəhər Baş Polis İdarəsinə dəvət edilib.

 “Zənnimcə, məni mayın 10-da feysbukda paylaşdığım statusa  görə çağırıblar, çünki başqa səbəb çətin ki ola”, – Elvin Abdullazadə bildirib. O, “Qorotdel”ə  gələn həftənin 1-ci günü gedəcək.

Qeyd edək ki, Elvin Abdullazadə siyasi motivlə həbsdə yatdıqdan sonra bu il Martın 17-də azadlığa buraxılıb. O, həbsdən çıxdıqdan sonra Müsavat Partiyasına üzv qəbul olunub.

Mustafa Hacıbəyli

Bastainfo.com

%d bloqqer bunu bəyənir: