Putin: “Rusiya kürdlərlə əməkdaşlığı davam etdirəcək”

“Rusiya Suriyadakı kürd hərbi birləşmələri ilə işgüzar təmaslar qurmaq hüququna malikdir. Çünki kürd amili Suriyadakı vəziyyətin real amillərindən biridir. Kürd hərbi birləşmələri İŞİD-ə qarşı mübarizədə iştirak edən ən ciddi hərbi qruplaşmalardan biridir. Ən azı Rusiya hərbçilərini mümkün toqquşma təhlükəsindən qorumaq üçün, kürdlərlə işgüzar əməkdaşlıq etmək hüququna malikik”. 

Bu sözləri Rusiya prezidenti Vladimir Putin Çinə səfəri zamanı keçirdiyi mətbuat konfransında deyib, – Ria Novosti məlumat verir.

Putinin bu çıxışı Rusiyanın YPG üçün hərbi baza tikdiyi haqqında məlumatlardan narahat olan Türkiyədə ciddi rezonans doğurub. “NTV Avrupa” telekanalının məlumatına görə, Putin  həmin mətbuat konfransında etdiyi çıxışda YPG-nin Rusiya tərəfindən silahlanması haqda məlumatlardan Türkiyənin narahatçılığının əsassız olduğunu söyləyib. Məlumata görə, Rusiya rəhbəri kürdlərə silah vermədiyini, onların əlavə silaha ehtiyacı olmadığını, ehtiyacı olarsa, bu məsələnin müzakirə edilə biləcəyini deyib. Bununla belə, Putin mətbuat konfransında Rusiyanın kürdlərlə işləməkdə davam edəcəyini bildirib.

Mustafa Hacıbəyli

Bastainfo.com

%d bloqqer bunu bəyənir: