Müsavat AKM Frankfurtda Respublika Gününü qeyd edəcək

28 may- Respublika Günü münasibətilə Almaniyanın Frankfurt şəhərində Müsavat Avropa Kordinasiya Mərkəzinin (Müsavat AKM) təşkilatçılığı ilə bayram tədbiri düzənlənəcək.

Bu haqda Müsavat AKM-in sədri İlham Həsən məlumat yayıb.

“Bu gözəl, tarixi günü musiqi sədaları altında Avropada yasayan soydaslarımızla bərabər yasamaq istəyirik! Tədbirdə Azərbaycan milli mətbəxinin ləziz təamları ilə bərabər, əyləncə proqramı, uşaqlar ücün bayram hədiyyələri təqdim ediləcək“, – İlham Həsən bildirib.

Bayram tədbiri 27 may 2017-ci il tarixdə, saat 14:00-dan 22:00-dək bu ünvanda keçiriləcək:

Saalbau Depot Oberrad.
Offenbacher
Landstraße 357.
60599 Frankfurt am Main

Bastainfo.com

%d bloqqer bunu bəyənir: