Müsavat başqanı İlham Əliyevə: “Tarixi dəyişdirmək mümkün deyil”

“Tarixi təhrif etmək olar, amma onu dəyişdirmək mümkün deyil”.

Bu sözləri Müsavat başqanı Arif Hacılı ölkə başçısı İlham Əlieyevin Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinin dövlət səviyyəsində qeyd olunması barədə sərəncamını şərh edərkən bildirib.

“Sərəncamda Cümhuriyyət tariximizin əcaib şəkildə təhrif olunmuş xronologiyası əks olunub. 100 il əvvəl AXC nin qurulması yalnız Azərbaycan xalqı üçün yox, türk dünyası, islam dünyası, bəlkə də bəşəriyyət üçün çox önəmli hadisədir. Bu Cümhuriyyət Məhəmmədəmin Rəsulzadə başda olmaqla Müsavat Partiyasının, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Usubbəyli, Fətəli xan Xoyski, Həsən bəy Ağayev və başqa şəxsiyyətlərin mübarizəsi, Azərbaycan xalqının iradəsi ilə quruldu. 91-ci ildə istiqlalımız Elçibəy başda olmaqla Azərbaycan Xalq Hərəkatının əsas təşkilatı olan Azərbaycan Xalq Cəbhəsinin, o dövrün aparıcı siyasi xadimlərinin, istiqlalçı millət vəkillərinin misilsiz mübarizəsi, xalqın iradəsi ilə bərpa edildi. Cümhuriyyət tariximizdən danışarkən Azərbaycan xalqının ali iradəsini vurğulamamaq, on minlərlə repressiya qurbanlarını, 20 Yanvar şəhidlərini yad etməmək, Rəsulzadə və Elçibəyin adlarını anmamaq, Müsavat və AXC- nin rolunu qeyd etməmək mümkün deyil” – Arif Hacılı özünün feysbuk səhifəsində yazıb.

Bastainfo.com

%d bloqqer bunu bəyənir: