Müsavat başqanı Rauf Ağanı təbrik etdi

Müsavat Partiyasının başqanı Arif Hacılı Rauf Ağanı 55 yaşının tamam olması münasibəti ilə təbrik edib.

Təbrikdə deyilir:

“Hörmətli Rauf bəy!

Sizi doğum günü münasibətilə təbrik edir, Sizə uzun ömür, can sağlığı, işlərinizdə uğurlar arzulayıram.

Rauf aga 3Siz Azərbaycanın istiqlalı və azadlığı, uğrunda gedən mübarizənin fəal iştirakçılarından biri olmusunuz. Sonrakı illərdə Müsavat Partiyası Binəqədi rayon təşkilatının üzvü kimi partiyanın Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu, azad seçki və digər azadlıqların təmin olunması uğrunda apardığı mübarizədə fəal iştirak etmiş, siyasi fəaliyyətinizdə və özəl həyatınızda vicdanlılıq, cəsarət, vətənpərvərlik, səmimiyyət və fədakarlıq nümunəsi göstərmisiniz.

Siz uzun müddət Müsavat Partiyası Binəqədi rayon təşkilatının sədri və Müsavat Partiyası Məclisinin katibi kimi rayon təşkilatının və partiyanın güclənməsində qərarlarının icrasında, Müsavat ideologiyasının təbliğində, sıralarımızın artırılması, təsir imkanlarının artması üçün ciddi işlər görmüsünüz. Əqidəyə sədaqətiniz, prinsipiallığınız və işgüzarlığınız Sizə böyük etimad qazandırıb. Siz partiyanın iştirak etdiyi bütün seçkilərdə saxtakarlıqların qarşısının alınmasında mübarizlik göstərmisiniz və sonrakı proseslərdə üzləşdiyiniz repressiyalar zamanı nümayiş etdirdiyiniz cəsarət və əqidəyə sədaqətiniz xüsusi ilə təqdirəlayiqdir. Fəal həyat mövqeyiniz, işgüzarlığınız, prinsipiallığınız, səmimiyyətiniz və təvəzökarlığınız partiyadaşlarınız və sizi tanıyanlar arasında sizə böyük nüfuz qazandırıb. Əminəm ki, bizim sizinlə qürur duyduğumuz kimi, doğmalarınız, yaxınlarınız, Sizi tanıyan hər kəs, Sizinlə daim qürur duyacaq.

Hörmətli Rauf bəy!

Sizi bir daha doğum günü münasibətilə təbrik edir, Sizə uzun ömür, can sağlığı, şəxsi həyatınızda xoşbəxtlik, peşə fəaliyyətinizdə və apardığınız bu şərəfli mübarizədə uğurlar arzulayıram”.

%d bloqqer bunu bəyənir: