Müsavat mitinqə hazırlaşır

Arif Hacılı təşkilat sədrlərinə tapşırıq verdi

Bu gün Müsavat Partiyasının Sədr Şurasının genişləndirilmiş iclası keçirilib. Partiyanın mətbuat departamentindən verilən məlumata görə, iclasda partiyanın başqanı Arif Hacılı, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı, başqan müavini Fərəc Kərimli, təşkilat departamentinin rəhbəri Razim Əmiraslanlı da iştirak ediblər.

Məlumatda bildirilir ki, Arif Hacılı ölkədəki durumun sürətlə dəyişdiyini, hakimiyyətin həm siyasi, həm iqtisadi, həm də xarici siyasət sahəsində çox ciddi problemlərlə üzləşdiyini bildirib. Müsavat başqanı bu mərhələdə hər bir müsavatçının əvvəlkindən daha fəal olmasının vacibliyini vurğulayıb. 

Arif Hacılı mayın 28-də, saat 11:30-da Respublika Günü münasibətilə Müsavat Partiyasının Novxanıda keçirəcəyi bayram mitinqində hamını fəal iştiraka çağırıb, təşkilat sədrlərinə mtinqin təşkili ilə bağlı tapşırıqlar verib.

Bastainfo.com

%d bloqqer bunu bəyənir: