“Xain hərbçilərin Rusiyadan maliyyələşdirildiyi məlum olub” – Açıqlama

Milli Məclisin bugünkü iclasında deputat Qüdrət Həsənquliyev Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq etmiş Tərtərdəki hərbi hissənin həbs olunan hərbçilərindən danışıb.

Azərbaycan 24  xəbər  verir ki, Qüdrət Həsənquliyev deyib ki, azərbaycanlıların Rusiyanın hərbi məktəblərinə təhsil almağa göndərilməsinin qarşısı alınmalıdır.

“Eyni zamanda Rusiyanın hərbi təhsil müəssiələrini bitirmiş, Rusiya silahlı qüvvələrində xidmətdə olmuş və hazırda Azərbaycanın Silahlı Qüvvələrində xidmət edən şəxslər barədə ciddi araşdırmalar aparılmalıdır”.

Qüdrət Həsənquliyev onu da bildirib ki, Azərbaycana xəyanət etmiş şəxslərin Rusiyadan maliyyələşdiyi məlum olub.

Deputat qeyd edib ki, gələn il Azərbaycanda Prezident seçkiləri keçiriləcək. “Əvvəllər olduğu kimi, bu dəfə də Prezident seçkiləri ərəfəsində Rusiyadan Azərbaycana qarşı təxribatlar və təzyiqlər artır”.

Bastainfo.com

%d bloqqer bunu bəyənir: