N!DA vətəndaş hərəkatının məlumatı – İlkin Rüstəmzadəyə olan münasibətdən narahatıq

NİDA vətəndaş hərəkatı şərlənərək həbs olunan  İlkin Rüstəmzadənin 4 il öncə bu gün “Əsgər ölümlərinə son!” aksiyalarını təşkil etdiyi üçün hələ də, həbsdə saxlamasını, bir çox məhdudiyyətlərə məruz qoymasını pisləyən məlumat yayıb.

Məlumatda deyilir:

4 il öncə bu tarixdə “Əsgər ölümlərinə son!” aksiyalarının təşkilatçısı, gənc fəal İlkin Rüstəmzadə şərlənərək həbs olunub. İlkin Ağır Cinayətlər Məhkəməsi tərəfindən 8 il müddətinə azadlıqdan məhrum edilib.

İlkin Rüstəmzadəyə qarşı hakimiyyət tərəfindən xüsusi mənfi münasibətin mövcudluğundan narahatıq. Onunla birgə həbs olunan digər 7 nidaçının artıq azadlığa buraxılması, eyni məsələyə görə həbs olunmuş İlkin Rüstəmzadənin isə hələ də həbsdə olmağı, onu məcburi əməkdaşlığa cəlb etmək cəhdləri, uzun müddət müalicə müəssəsinə göndərməkdən imtina edilməsi bu narahatlığa əsas verir. Bir neçə gün öncə İlkin cəmiyyətin davamlı diqqəti nəticəsində, axır ki, müalicə müəssəsinə göndərildi.

Ümid edirik ki, tezliklə hakimiyyət ən doğru qərarı verib 4 il qanunsuz şəkildə həbsdə saxlanılan nidaçı vicdan məhbusu İlkin Rüstəmzadəni azad edər.

Cəmiyyət olaraq İlkin və digər siyasi məhbusların işlərini daim diqqətdə saxlamağı bacarmalıyıq.

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: