Dövlət niyə ABB-in borclarını ödəmək istəyir?

Restrukturizasiya planı nədir və niyə lazımdır?

Azərbaycan Maliyyə naziri Samir Şərifov ölkədə ən böyük bank hesab edilən Azərbaycan Beynəlxaq Bankının (ABB) xarici kreditorları ilə mayın 23-də Londonda görüş keçirəcək.

BBC Azərbaycancanın məlumatında deyilir ki, görüş uğurlu keçərsə, sağlamlaşdırma tədbirləri çərçivəsində Azərbaycan dövlətinə ötürülən borcların nə zaman, hansı şərtlərlə qaytarılacağına dair razılaşmalar əldə ediləcək.

ABB mayın 11-də borclarının dövlətə ötürülməsi prosesi yekunlaşanadək xarici kreditorlardan xarici valyutada cəlb olunmuş öhdəliklərinin icrasını dayandırıb.

Borcların restrukturizasiyası zamanı xarici kreditorların tələblərindən qorunmaq məqsədilə Bank, ABŞ-ın müflislik qanunu çərçivəsində New York şəhərində məhkəməyə də 12 mayda müraciət edib.

ABB bildirir ki, məhkəməyə müraciəti nəticəsində, ABB-nin aktivlərinin xarici kreditorların ABŞ-dakı iddia tələblərindən qorunması ilə bağlı qərar qəbul edilib.

Wall Street Journal qəzeti ABŞ məhkəməsində ABB-nı White and Case vəkillər şirkəti təmsil etdiyini və ilk məhkəmə iclasının iyunun 7-nə təyin edildiyini bildirib.

Bankın 17 apreldə hazırladığı restrukturizasiya planının məqsədi borcların şərtlərini dəyişdirməkdir.

Restrukturizasiya planının aprel ayında hazırlanması həmin ayın 12-də “Banklar haqqında Qanun”a edilmiş dəyişikliklərdən sonra Azərbaycan qanunvericiliyinə müvafiq qaydada başlanıb.

Bu, borc müddətinin uzaldılması, faizin aşağı salınması və borcların müəyyən hissəsinin bağışlanması ilə nəticələnə biləcək dəyişikliklərdən ibarət ola bilər.

Baş verənlər Bankın “müflis olması”dırmı?

Xeyr, ABŞ məhkəməsinə müraciət ABB-ın müflislik elan etməsi demək deyil.

ABB ABŞ müflislik qanununu çərçivəsində bankın aktivlərini xarici kreditorlardan qorumaq və bununla da təqdim etdiyi restrukturizasiya planına məneələrin yaranmaması üçün müraciət etdiyini bildirib.

Bankın kimə və nə məbləğdə borcu var?

Ümumilikdə 3 milyard 337 milyon dollar təşkil edən borcların böyük hissəsi Avropa ölkələrində yerləşən banklara və maliyyə şirkətlərinədir.

Bu il ödənməsi nəzərdə tutulmuş borcların bir qisminin ödənmə vaxtı artıq keçib.

Citibank loqosu ABB-ın Citibank-a 705 milyon dollar borcu hələ ki, ödənməyib.

Aprel ayında Cargill Financial Services International Inc. şirkətinə 715 milyon dollar, bu ay isə Rubrika Finance şirkətinə 100 milyon dollar və ARDNF-ə 500 milyon dolların vaxtında ödənmədiyi göstərilib.

Bundan başqa, bu il Maliyyə Nazirliyi hökumətin bankın kapitalındakı payını 55 faizdən təxminən 77 faizə artırdığını bildirib.

Hökumətin ABB səhmlərində payı və ARDNF-dən verilən 1 milyard borcu nəzərə aldıqda dövlətin ABB-ya təxminən 7-8 milyard dollar yatırdığı görünür.

ARDNF-ın 1 milyonluq borcu xaric olmaqla, ABB-ın xarici kreditorlara ümümi borcunun 2 milyard 337 milyon dollar olduğu bilinir.

Lakin qeyd etmək lazımdır ki, əgər iddiaçılarla bank arasında danışıqlar nəticəsində borcların şərtləri dəyişsə, bu rəqəm də dəyişə bilər, amma hələ ki, bu proses başlamadığı üçün ümumi ödəniş məbləğini proqnozlaşdırmaq mümkün deyil.

Dövlət borcları necə ödəyəcək?

Bankın saytında çap edilmiş planda ödəniləcək məbləğin iddiaçılarla müəyyənləşdirildikdən sonra “dövlət borc sənədləri” ilə ödənəcəyi göstərilir.

BBC Azərbaycanca borcların hansı qurum tərəfindən və nə üsulla ödənəcəyini barədə məlumatı ABB-ın əsas səhmdarı olan Maliyyə Nazirliyindən əldə edə bilməyib.

Lakin dövlətin ABB-ın 3 milyard 337 milyon dollar təşkil edən borclarına artıq məsuliyyət daşıdığını nəzərə alsaq bu məbləğdə pulu yalnız 2-3 qurum maliyyələşdirə bilər.

Dollar Ümumilikdə 3 milyard 337 milyon dollar təşkil edən borcların böyük hissəsi Avropa ölkələrində yerləşən banklara və maliyyə şirkətlərinədir.

Bəzi ekspertlər bu qurumun ya büdcə, ya da Dövlət Neft Fondu (ARDNF) olduğunu iddia edirlər. Lakin bu ilin büdcəsində bu məbləğdə xərclərə pul ayrılmayıb.

ABB ARDNF-ə onsuz da 1 milyard dollar borcludur, bankın rəsmi məlumatında yazılır.

2017-ci ilin ilk rübünə verilən rəsmi məlumata əsasən, ARDNF-in aktivləri 33 milyard 207 milyon dollar təşkil edir.

Əgər ARDNF bu borcları ödəməli olsa, ümumilikdə 33 milyard dollar təşkil edən aktivlərinə böyük təsir olmayacaq.

Lakin bu, gələcəkdə Azerenerji və ARDNŞ (Dövlət Neft Şirkəti) kimi qurumların maddi çətinliklər yaşadığı hallarda da ARDNF-in aktivlərindən istifadə edilməsi üçün təhlükəli presedent yarada bilər. Bu təhlükə isə neft qiymətlərinin aşağı qaldığı dövrdə artır.

New YorkBorcların restrukturizasiyası zamanı xarici kreditorların tələblərindən qorunmaq məqsədilə Bank, ABŞ-ın müflislik qanunu çərçivəsində New York şəhərində məhkəməyə də 12 mayda müraciət edib.

Dövlət niyə ABB-in borclarını ödəmək istəyir?

Dövlətin banka verdiyi dəstəyin səviyyəsi isə onun əhəmiyyətini vurğulayır. Çünki ən böyük bankın vəziyyətinin çətinləşməsi gələcəkdə xaricdən kredit alan digər dövlət qurumlarına da mənfi təsir göstərə bilər.

Hərçənd bankın maddi problemləri Azərbaycanda ümumi iqtisadi vəziyyətə mənfi təsir göstərir.

2015-ci ildən bəri ABB-ın verdiyi ödənməmiş və ya risk daşıyan borcları (problemli aktivlər) prezidentin göstərişi ilə Aqrarkredit QSC bank olmayan kredit təşkilatına köçürülməyə başlanıb.

Fitch və Moody’s kimi maliyyə reytinq agentlikləri bankın həll edə bilmədiyi maddi problemlər səbəbindən ABB-yə verilən qiymətləndirmələrini dəfələrlə azaldıblar.

Mayın 15-i dərc edilən son qiymətləndirmələrdə, Moody’s ABB-ın reytinqini Caa3 qiymətinə salıb, Fitch isə banka CCC reytinqi verib.

Caa3 reytinqi banka yatırım etməyə qarşı bir tövsiyə kimi qiymətləndirmək olar. Bu reytinqi olan qurumlar yüksək kredit riski daşıyır. Fitch reytinq agentliyinin CCC qiyməti “yatırıma uyğun olmayan” qurumlara verilir. CCC qiyməti verilən qurumun hazırda həssas vəziyyətdə olduğu və öhdəliklərini yerinə yetirməsi üçün bazarda müsbət mühitdən asılı olduğunu göstərir.

Borclarının ödənməsini həll etməklə, bankın normal fəaliyyətə başlaması və maddi nüfuzunun bərpa olunması nəzərdə tutulub.

Maliyyə naziri Samir Şərifov ABB-ın maddi sağlamlığının bərpa edilməsi ilə bankın “Azərbaycan iqtisadiyyatına mühüm olan bank xidmətlərini” verməyə davam etməsinin vacib olduğunu deyib.

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: