Vaşinqtondakı Türkiyə səfirliyi önündə dava [Video]

Türkiyənin Vaşinqtondakı səfirliyi qarşısında prezident Rəcəb Tayyib Ərdoğanın tərəfdarları, mühafizləri və etirazçılar arasında söz güləşi dava ilə nəticələnib. Amerika polisi qarşıdurmaya müdaxilə etməli olub.

Olaylar Türkiyə prezidentinin gəlişindən əvvəl başlayıb, Ərdoğanın gəlməsi ilə daha da alovlanıb.

Əllərində “Demirtaşa azadlıq” sözləri ilə plakatlar qaldıran etirazçılar Ərdoğan əleyhinə şüarlar səsləndirib.

Türkiyə səfiri Sərdar Kılıç səfirlik önündə polislərlə görüşüb.

Polis səfirliyin yerləşdiyi bölgəyə girişi bağlamalı olub.

Olayların yatışmasının ardınca Ərdoğan səfirlik qarşısında toplaşan tərəfdarları ilə bir araya gəlib.

Amerikanın səsi

%d bloqqer bunu bəyənir: