Bu siqaret ucuzlaşdı… “Məqsəd Vasif Talıbovun bazara girməsinə imkan verməməkdir”

Xaricdən idxal edilən “Prima” siqaretinin qiyməti kəskin ucuzlaşıb. İndiyə qədər 1,60 manata olan bu filtrli siqaretin pərakəndə satış qiyməti dünəndən etibarən 1 manata enib.

Bu haqda “Basta”ya məlumat verən mənbə bildirir ki, məqsəd Vasif Talıbovun oğlu Rza Talıbova məxsus olduğu deyilən “Cahan Holding”in siqaret bazarına girməsinin qarşısını almaqdır.

“Azərbaycanda siqaret bahalaşandan sonra “Cahan Holding” istehsalı artırmışdı. Şirkət bazara 1 manata siqaretlət çıxarmışdı. Düzdü, bu şirkətin istehsal etdiyi “Cahan”, “Visore”, “Nova” və “Fine” markalı filtrli siqaretlər o qədər də keyfiyyətli deyildi. Amma son vaxtlar satışa çıxarılan “Want” siqareti keyfiyyətinə görə indi 1,50 manata satılan siqaretlərdən fərqlənmir. Bu siqaretin bazara girməsinin qarşısını almaq üçün siqaret idxalını monopoliyada saxlayanlar “Prima”nın qiymətini kəskin ucuzlaşdırdılar”, – mənbə bildirir.

İddialara görə, Azərbaycanda siqaret idxalına uzun müddət Bakı Şəhər Baş Polis İdarəsinin keçmiş rəisi Məhərrəm Əliyev, ondan sonra isə fövqəladə hallar naziri Kəmaləddin Heydərov nəzarət edib. Hazırda bu sahənin hakim ailəyə yaxın olan adamlaran birinin nəzarətində olduğu deyilir.

Bastainfo.com

%d bloqqer bunu bəyənir: