“Beynəlxalq danışıqlara məhdudiyyətlər yarışlara görə qoyulub” – Osman Gündüzdən açıqlama

WhatsApp, Messenger və Skype beynəlxalq danışıqlara məhdudiyyət qoyulması ilə bağlı məsələyə “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz aydınlıq gətirib.

Osman Gündüz : “Bir neçə gündür ki WhatsApp və Skype ilə beynəlxalq danışıqlara məhdudiyyətlər tətbiq edilib.

Hamı bunun səbəbini axtarır və soruşur. Elə bizdən də. Düşünürəm ki, bu məsələyə aydınlıq gətirəsi yeganə qurum NRYT Nazirliyidir. Hələlik sektorda tənzimləyici qurum bu Nazirlikdir.

Təəssüf ki, bu qurum da rəsmi açıqlama verməyib.

Apardığımız araşdırmalar və monitorinqlərin nəticəsi onu deməyə əsas verir ki, məhdudiyyətlər NRYTN –nin göstərişi ilə mobil operatorlar və backbone provayderlər tərəfindən həyata keçirilib.

Bizdə artıq çox doğru olaraq praktika formalaşıb ki tənzimləyici qurumun rəsmi göstərişi olmadan provayderlər hər hansı bloklama aparmır.”

“Düşünürəm ki, bu addım ölkədə beynəlxalq yarışların keçirilməsi ilə əlaqədar olaraq təhlükəsizlik məqsədləri və güman ki, həm də internet trafikin həddindən artıq yüklənməsinin qarşısını almaq məqsədilə həyata keçirilib. Əlbəttə, bu prosesdə maraqlı tərəflər də var, sirr deyil ki internet üzərindən aparılan danışıqlar mobil operatorların büdcəsinə xeyli ziyan vurur.

Atılan addım bilavasitə vətəndaşların informasiya münasibətlərinin məhdudlaşdırılmasıdır. Bu isə qanunvericiliklə həll olunmalıdır. Düşünürəm ki, dezinformasiyaların yayılmaması üçün real vəziyyətlə bağlı NRYTN-nin açıqlama verməsi doğru olardı. Xüsusən də bizdə artıq bloklanma ilə bağlı yenicə qəbul olunan qanunumuz var.

Eyni zamanda texnologiyaların, alternativlərin hədsiz çox olduğu indiki zamanda ayrı-ayrı resurslara qarşı bu tip addımların da nə dərəcədə effektiv olacağı da sual altındadır.

Fikrimcə, hökumətin bu tip global resurslarla əməkdaşlıq etməsi, onların ölkəmizə dəvət edilməsi , onların resurslarının burada yerləşdirilməsi istiqamətidə işlərin aparılması daha doğru addım olardı.

Ən yüksək standartlı, regionlnda ən nəhəng Regional Data Mərkəzin, həmçinin Delta Telekom-un Data Mərkəzlərinin olduğunu nəzərə alsaq bu cür bloklanmanın da gələcəkdə bu Mərkəzlərin biznesinə də problem yaradacağını düşünürəm. Hansı ki bu resurslar ölkəyə xeyli valyuta gətirə bilərdilər.

Global resurslar isə bloklanmanı sevmirlər.” -Osman Gündüz əlavə edib.

 

Könül Alı

Bastainfo.com

%d bloqqer bunu bəyənir: