Müsavatın açıq şahmat turnirində qaliblər bəlli oldu

Müsavat Partiyasının təşəbbüsü ilə keçirilən açıq şahmat turniri bu gün başa çatıb. Turnirin təşkilat komirəsinin sədri Yusif Tağının “Basta”ya verdiyi məlumata görə, final qarşılaşmasında Allahverdi Mahmudov qalib gələrək çempion olub. Yarışda 2-ci yeri Mustafa Hacıbəyli, 3-cü yeri isə Emin Yavəri tutublar. 

Yusif Tağı xatırladıb ki, partiyanın 28 May – Respublika Günü münasibətilə təşkil etdiyi açıq turnirdə 20 şahmatçı iştirak edib. 

“Turnir iştirakçıları arasında müsavatçılarlara yanaşı, bitərəflər, başqa təşkilatların üzvləri, 7 -dən 70-ə dək ən müxtəlif yaşda olan şahmatçılar iştirak edib. Yarışın təşkilinə Azərbaycan Şahmat Federasiyası da dəstək verib”, – Yusif Tağı bildirib.

Yusif Tağı tədbirin bütün iştirakçılarına Respublika Gününün qeyd edilməsinə öz tövhələrini verdikləri üçün təşəkkürünü bildirib və onların Müsavat rəhbərliyi tərəfindən təltif ediləcəklərini bildirib.

Bastainfo.com

%d bloqqer bunu bəyənir: