18 yaşlı azərbaycanlı İsvedə istedadlar yarışmasının qalibi oldu – FOTO + VİDEO

18 yaşlı azərbaycanlı İbrahim Nəsrullayev İsveçin “TV4” telekanalının təşkil etdiyi istedadlar yarışması “Talent 2017”nin qalibi olub.

Oxu.Az xəbər verir ki, finalda o, İsveç dilində “Hold My Heart” mahnısını ifa edib.

Qeyd edək ki, İ.Nəsrullayev bir il əvvəl ailəsi ilə birgə miqrant kimi İsveçə gedib. Cəmi bir il ərzində gənc oğlan İsveç dilini öyrənib və indi bu dildə sərbəst danışır.

Qalib gəldikdən sonra İ.Nəsrullayev uduş məbləğinin bir hissəsini İsveç dilini öyrəndiyi məktəbə bağışlayacağını açıqlayıb.

%d bloqqer bunu bəyənir: