Müsavatın Cəbrayıl rayon təşkilatına yeni sədr seçildi

Mayın 21-də Müsavat Partiyası Cəbrayıl rayon təşkilatının növbəti konfransı keçirilib. Yığıncaqda Müsavat başqanı Arif Hacılı və partiyanın təşkilat şöbəsinin müdiri Razim Əmiraslanlı iştirak və çıxış ediblər. Məlumatı “Basta”ya Razim Əmiraslanı təqdim edib.

Məlumatda bildirilir ki, iclasda gizli səsvermə yolu ilə Hidayət Allahverdi təşkilatın sədri seçilib. Arif Hacılı öz çıxışında təşkilatın çətin dövründə ona rəhbərlik etmiş İzzət Məmmədova partiya adından təşəkkürünü bildirib.

İclasda həmçinin gizli səsvermə yolu ilə təşkilatın 15 nəfərdən ibarət Şurası və 5 nəfərdən ibarət Nəzarət Təftiş Komissiyası formalaşıb. 

Müsavatın MNTK sədri Sevinc Hüseynovanın “Basta”ya verdiyi məlumata görə, iclasda MNTK üzvü Əziz Əlişov iştirak edib.

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: