Ərdoğan AKP-in rəhbərliyinə qayıdır

Türkiyənin hakimiyyətdə olan Ədalət və İnkişaf partiyası keçən ay referendumdan sonra bu gün keçirdiyi qurultayında prezident Rəcəb Tayyib Ərdoğanı partiyanın sədri seçib.

Amerikanın Səsinin məluumatında deyilir ki, Türkiyədə keçən ay referendumda konstitusiyada prezidentin neytral qalması və siyasi partiyalarla əlaqələrini kəsməsi haqda maddənin aradan qaldırılmasından sonra Ərdoğan partiyanın Ankarada fövqəladə qurultayında yenidən AKP-in lideri olacaq.

Qurultaya gələn Türkiyə prezidenti arenanın qarşısında on minlərlə tərəfdarını salamlayıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Binalı Yıldırım AKP-nin qurultayında

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Binalı Yıldırım AKP-nin qurultayında

Ərdoğan və AKP aprelin 16-da Türkiyədə parlament sistemindən prezidentlik sisteminə keçidə yol açan referendumda az fərqlə qələbə əldə edib.

Təndiqçilər keçən il iyul ayında dövlət çevrilişinə cəhdlə əlaqədar tətbiq edilmiş fövqəladə vəziyyət şəraitində keçirilən referendumda pozuntuların baş verdiyini bildirir.

Konstitusiyaya dəyişikliklərin çoxu 2019-cu il oyabrın 3-də keçiriləcək parlament və prezident seçkilərinə qədər qüvvəyə minməyəcək.

Lakin üç düzəliş dərhal qüvvəyə minib. Bunlardan biri Ərdoğanın partiya rəhbərliyinə qayıtmasıdır. Digər düzəlişlər isə hərbi məhkəmələrin ləğvi və Türkiyənin hakimlər və prokurorlardan ibarət heyətinin yenidən qurulması ilə bağlıdır.

Ərdoğan 2014-cü ildə prezident seçildikdən sonra AKP ilə əlaqələrini kəsməyə məcbur olmuşdu. Lakin buna baxmayaraq, o, partiyanın mitinqlərində iştirak edirdir.

AKP rəsmiləri və tərəfdarları qurultayda bayraqlar qaldıraraq, Ərdoğan və AKP haqda nəğmələr səsləndirib.

Bir gün davam edəcək qurultayda partiyanın hazırkı rəhbəri olan baş nazir Binalı Yıldırım və prezident Ərdoğan çıxış edəcək.

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: