Səudiyyə Ərəbistanı Trampın qızının təşəbbüsünə dəstək üçün100 milyon dollar vəd verdi

Səudiyyə Ərəbistanı və BƏƏ ABŞ prezidenti Ivanka Trumpın təşəbbüsü ilə yaradılacaq  xeyriyyə fonduna 100 milyon dollar  keçirəcəyi barədə vəd verib. Bu barədə Huffington Post  nəşri məlumat yayıb.

İvanka Trampın fikrincə, belə bir fond Yaxın Şərqdə qadın sahibkarlara dəstək üçün lazımdır. Fond maliyyə bazarlarına və şəbəkəsinə giriş dəstəyi təmin edəcək. Amerika prezidentinin qızı bu fikri hələ cari ilin aprelində Berlində qadınların “G20” sammiti  zamanı irəli sürüb. Ehtimal edilir ki, təklif edilən fondun yaradılacağı halda, onun idarə edilməsini Dünya Bankı öz üzərinə götürəcək.

Hal-hazırda Ivanka Trump ABŞ prezidentinin köməkçisi vəzifəsini icra edir. Atasının andiçmə mərasiminə qədər o,  zərgərlik, ayaqqabı və aksessuarlardan ibarət  öz kolleksiyaları buraxıb. Donald Trampın seçki kampaniyasında da fəal iştirak edib.

Heybət Əmrah

bastainfo.com

%d bloqqer bunu bəyənir: