İlk robot-polis işə başladı

Dubayda ilk robot-polis Robocop rəsmi şəkildə polisin tərkibinə daxil edildi. Bu barədə Arabian Business bazar günü, mayın 21-də məlumat yayıb.

Qeyd edilir ki, robotun boyu  170 santimetr, çəkisi isə 100 koloqramdır. O emosiyaların tanınması detektoru  təchiz edilib ki, 1,5 metr məsafədən  insanların üzündən  ifadə və jestləri müəyyən edə bilir. Beləliklə, robot insanlarla əlaqəyə girir və qaydanı pozanları aşkar edə bilir.

Robot  ərazi ınteqrasiya naviqatoru ilə müşahidə edilir, altı dildə, o cümlədən ingilis və ərəb dillərində ünsiyyət qurmağı bacarır. Vətəndaşlar kredit kartlarla onun vasitəsilə polis xidmətinə ödəniş edə bilərlər.

Robocop küçələrdə və ticarət mərkəzlərində xidmət aparacaq, müvafiq video-müşahidələrini təqdim edərək cinayətkarların tapılmasında yardımçı olacaq. Dubay polisindən bildiriblər ki,  robotun məqsədi insanlara kömək etmək, ictimai yerlərdə  qaydaları pozanlarla mübarizə aparmaq, şəhərin təhlükəsizliyini təmin etməkdir.

Heybət Əmrah

bastainfo.com

%d bloqqer bunu bəyənir: