Jurnalist Nicat Əmiraslanov saxlanıldı

Qazaxda jurnalist Nicat Əmiraslanov polis tərəfindən saxlanıldı.

 

Nicat Əmiraslanov polisə müqavimətdə təqsirləndirilir Qazaxda yaşayan jurnalist Nicat Əmiraslanov mayın 22-də axşam saatlarında saxlanılıb. Bu barədə vəkil Elçin Sadıqov facebook səhifəsində yazıb.

Vəkilin dediyinə görə  jurnalist Nicat Əmiraslanov polisin qanuni əmrinə tabe olmamaq uydurması ilə İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə inzibati qaydada tutulub. Sabah inzibati “xətaya” Qazax rayon məhkəməsi baxacaq.

Nicat Əmiraslanovu 30 sutkayadək inzibati qaydada həbs cəzası gözləyir. Vəkil bildirib.

 N.Əmiraslanov müstəqil jurnalist kimi fəaliyyət göstərir.

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: