Sarı xəttlər ləğv olundu

Bakı şəhərində nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkətinin təmin olunması məqsədi ilə bu gün – may ayının 23-ü saat 12:00-dan sarı xətlərlə nişanlanmış xüsusi zolaqlarda hərəkətə tətbiq olunmuş məhdudiyyətlər ləğv olunub.

Bu barədə “Report”a Baş Dövlət Yol Polisi (DYP) İdarəsindən bildirilib.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BPİ DYPİ) bölmə rəisi, polis polkovniki Vaqif Əsədov “Report”a bildirib ki, sarı zolağın tələbələrini pozan 1 319 sürücü cərimələnib: “Bu da ötən illərdə keçirilən Oyunlar zamanı tətbiq olunan cərimələrlə müqayisədə azdır. Bu, paytaxta sürücülərin nizam-intizamının yaxşılaşmasından irəli gəlir”.

Xatırladaq ki, paytaxtda keçirilən Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar şəhərin bəzi küçə və yollarında sarı xətlərlə xüsusi “Oyun zolaqları” çəkilmişdi. Həmin zolaqlarla may ayının 5-dən operativ və oyunlara cəlb edilmiş avtomobillər istisna olmaqla digər nəqliyyat vasitələrinin hərəkəti qadağan olunmuşdu.

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: