Müsavatçı Gənclər Təşkilatının sədri ABŞ səfirliyinin nümayəndəsi ilə görüşdü

Müsavatçı Gənclər təşkilatının sədri Əbülfəz Sadıqbəyli mayın 24-də ABŞ-ın  Azərbaycandakı səfirinin siyasi məsələlər üzrə müşaviri Syuzan Çesli ilə ilə görüşüb.

Bu barədə “Basta”ya Ə. Sadıqbəyli özü məlumat verib. 

Onun bildirdiyinə görə xanım Syuzan Çesli Müsavat Gənlər Təşkilatının konfransı nəticələri barədə maraqılanıb, ümumilikdə partiyanın fəaliyyəti haqqında fikir mübadiləsi aparıb, rayon təşkilatlarının vəziyyəti barədə sualar verib.

“Syuzan Çesli son zamanlar bastainfo.com  saytına olan xaker hücumları və saytın baş redaktoru Mustafa Hacıbəylinin  Prokurorluğa çağırılması barədə verdiyim informasiyanı diqqətlə dinlədi. Azərbaycan gəncliyinin üzlədiyi problemlər, söz azadlığına olan basqı, mövcud problemlərin aradan qaldırılmasının həlli yolları barədə fikir mübadiləsi apardıq” – Ə.Sadıqbəyli bildirib.

bastainfo.com

%d bloqqer bunu bəyənir: