Bayramda neçə gün iş olmayacaq?

Nazirlər Kabinetinin qərarına görə, Respublika Günü münasibətilə 27, 28, 29 may tarixləri qeyri-iş günü elan edilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “2017-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” 2016-cı il 25 noyabr tarixli 483 nömrəli qərarına əsasən, may ayında qeyri-iş günlərinin sayı 4 gündür. 9 may Qələbə günü münasibəti ilə, 27, 28, 29 may Respublika Günü münasibəti ilə rəsmi bayram günləri elan edilib.

Respublika Günü 1918-ci ildə  müsəlman Şərqində əsası Müsavat Partiyası və Məhəmmədəmin Rəsulzadə tərəfindən qoyulmuş ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. 1992-ci ildən Respublika Günü dövlət bayramı kimi qeyd edilir.

 

%d bloqqer bunu bəyənir: