Donald Tramp: Azərbaycan Amerika Birləşmiş Ştatlarının dəyərli tərəfdaşıdır

ABŞ prezidenti İlham Əliyevə 28 May – Respublika Günü münasibətilə təbrik məktubu göndərib

“Azərbaycan Amerika Birləşmiş Ştatlarının dəyərli tərəfdaşıdır. Biz birgə səylərimizlə terrorizmə qarşı mübarizə apararaq qlobal təhlükəsizliyi möhkəmləndirmək üçün çalışırıq. Biz Azərbaycan xalqının yanındayıq və təhlükəsizlik, iqtisadi əməkdaşlıq və demokratik prinsiplər sahəsində dialoq vasitəsilə münasibətlərimizin möhkəmləndirilməsinə sadiqik.”

Azərtac-ın məlumatına görə, bu fikirlər Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın prezident İlham Əliyevə 28 May – Respublika Günü münasibətilə göndərdiyi təbrik məktubunda yer alıb.

“Bu mühüm tarix münasibətilə Sizi təbrik edirəm və həm ölkələrimiz, həm də dünya üçün daha gözəl gələcək naminə Sizinlə fəal tərəfdaşımız kimi işləməyi səbirsizliklə gözləyirəm”, – deyə ABŞ Prezidenti məktubda qeyd edir.

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: