Daşqın Ağalarlı və Leyla Mustafayeva Tbilisi polisinin təzyiqi ilə üzləşiblər

Daşqın Ağalarlı və Leyla Mustafayeva bu gün Tbilisidə Əfqan Muxtarlı ilə bağlı keçirilən mətbuat konfransından sonra Tbilisi polisi tərəfindən dindirilib və təzyiqə məruz qalıblar. 

“Əfqan Muxtarlının axtarışını tələb edən Leyla Mustafayeva ilə məni az qala ərizə yazdığımıza görə həbs edəcəkdilər. Biz axtariş tələb edirik, onlar kobud suallarla bizi ittiham edirlər”.

Bu sözləri Gürcüstanda mühacirətdə olan Daşqın Ağalarlı özünün feysbuk səhifəsində yazıb. Qeyd edək ki, Tbilisidə itkin düşən Əfqan Muxtarlı Azərbaycanın hüquq mühafizə orqanları tərəfindən həbs edilib və bu gün Bakıya gətirilib.

“Bu, iki dövlətin istirakı ilə törədilmiş ağır cinayətdir və cavabsız qalmamalıdır”, – Daşqın Ağalarlı bildirib.

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: