Əfqan Muxtarlının itkin düşməsilə bağlı yeni xəbər – Yenilənib

Dünən axşam saatlarından müstəqil jurnalist Əfqan Muxtarlının telefonuna zəng çatmır, ailəsinin harada olmasından xəbəri yoxdur.

Əfqan Muxtarlı mayın 29-da, axşam saatlarında “yoxa” çıxıb.

“O, bir neçə gün öncə həbs olunmuş AXCP sədrinin müavini Gozel Bayramli ilə bağlı keçirdiyimiz toplantıya skaypla qatılarkən bildirmişdi ki, o və digər mühacir Dashgin Aghalarli izlənilir. Əfqan bəy onların Azərbaycan hökümətinin Gürcüstandakı emisarları tərəfindən izləndiyini bildirdi. O, özünün Facebook səhifəsində və digər yazılarında da bunu dəfələrlə qeyd edib”. Bunu hüquq müdafiəçisi Oqtay Gulalıyev özünün feysbuk səhifəsində yazıb.

Gürcustanda yaşayan mühacir Daşqın Ağalarlı isə “Basta” əməkdaşının sualına cavab olaraq bildirib ki, o, Əfqan Muxtarlını sonuncu dəfə dünən, mayın 29-da axşam saat 19:10-da görüb.

“Axsam saat 19:10 da ayrılmışıq, evə getməli idi. Gedib çıxmayıb.  Bu gün səhər basladıq axtarmağa, polisə axtarış verdik”, – Daşqın Ağalarlı bildirib.

Daşqın Ağalarlı qeyd edib ki, məsələ ilə bağlı ABŞ-ın Gürcüstandakı səfirliyinə də məlumat verilib.

Jurnalist Əfqan Muxtarlının yoxa çıxması ilə bağlı mətbuat konfransı:

***

Meydan TV-yə onun həyat yoldaşı Leyla Mustafayevanın verdiyi məlumata görə axşam saat 19:00 radələrindən Əfqanın telefonuna zəng çatmır. L. Mustafayeva artıq polisə ərizə ilə müraciət etdiyini deyir. 

Əfqan Muxtarlı Azərbaycan hakimiyyətini tənqid edən fikirləri ilə tanınır. Bir müddət öncə hakimiyyətyönlü “haqqın.az” saytı Gürcüstanda yaşayan fəal azərbaycanlılarla bağlı məqalə yazmışdı. Həmin məqalədə adı çəkilən şəxslərin Azərbaycan əleyhinə fəaliyyət göstərdiyi vurğulanırdı. Adı hallandırılan şəxslərdən biri də Əfqan Muxtarlı idi. 

Bundan əvvəl məqalədə adı keçən daha iki nəfər – professor Fərman Ceyranlı və AXCP sədrinin müavini Gözəl Bayramlı həbs olunublar.

Meydan tv-nin verdiyi məlumata görə Gürcüstanda fəaliyyət göstərən İnsan Haqları Evinə Əfqan Muxtarlının yoxa çıxması ilə bağlı məlumat verilib. Gün ərzində məsələ ilə bağlı mətbuat konfransının keçiriləcəyi gözlənilir.

bastainfo.com

%d bloqqer bunu bəyənir: