Qasırğa Moskvada 16 nəfərin həyatına son qoydu

Rusiyanın İstintaq komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenkonun  məlumatına görə,  ötən gün Moskvada qasırğa nəticəsində  həlak olanların sayı 14 nəfərə çatıb  — daha bir qurban Moskva vilayətində aşkar edilib.

“Çərşənbə axşamı, saat 9:00 vəziyyətinə görə, aydın olub ki, mayın 29-da güclü  külək nəticəsində Moskvada və Moskva vilayətində   14 nəfər həlak olmuşdur, — on bir nəfər Moskvada və üç nəfər də Moskva vilayətində”, —  Petrenko”İnterfaks”a bildirib.

Onun sözlərinə görə, ölənlərin sayı və vurulan ziyanın tam ölçüsü dəqiqləşdirilir.

Mayın 29-da Moskvada bir neçə onillik ərzində ən dağıdıcı qasırğa baş verib . Ötən gün paytaxt meriyası 11 nəfərin ölümü barədə xəbər verib. 170-ə qədər xəsarət alan şəxs yardım üçün həkimə müraciət edib. Güclü külək  ağacları sındırıb, dağıntılar var. Şəhərdə elektrik xətləri zədələnmiş, reklam lövhələri və ictimai nəqliyyatın dayanacaqları dağılıb.

Ən son məlumatlara görə, qasırğa nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.

Heybət Əmrah

bastainfo.com

%d bloqqer bunu bəyənir: