Arif Hacılı Əfqan Muxtarlının həbsindən yazdı: “Sabah müttəfiqlərimizin də iştirakı ilə daha bir aksiya olacaq”

Müsavat başqanı Arif Hacılı Gürcüstanda mühacir həyatı yaşayan müstəqil jurnalist Əfqan Muxtarlının Azərbaycan Xüsusi Xidmət orqanları tərəfindən oğurlanaraq  Azərbaycana gətirilməsinə münasibət bildirib.

Arif Hacılı: “Əfqan Muxtarlının oğurlanıb Azərbaycana təhvil verilməsi, Gürcüstanda yaşayan digər siyasi mühacirlərə qarşı təhdidlərlə bağlı bu ölkədə olan müttəfiq partiyalarla intensiv əlaqə saxlayırıq.

Müsavatın müttəfiqləri Respublikaçılar və Azad Demokratlar Partiyaları birgə bəyanat verərək bu faktı kəskin pisləyib. 18881811_1651152934913290_7756014547247758470_n

Bu partiyaların rəhbər şəxsləri və nümayəndələri bu gün hökumət evi qarşısında keçirilən etiraz aksiyasında fəal iştirak edib.

Sabah müttəfiqlərimizin də iştirakı ilə daha bir aksiya olacaq.

Gürcüstan səfirinə rəsmi müraciət edərək bu məsələlərlə bağlı görüş istəmişəm.

Sabah Gürcüstan prezidentinə müraciət edəcəm.

2 gün sonra Avropa Parlameninin əsas təşkilatlarından olan ALDE nin Lyublyana şəhərində keçiriləcək konfransında Əfqan Muxtarlının həbsi ilə bağlı məsələ Müsavat adından müzakirəyə çıxarılacaq.”

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: