Arif Hacılı: “Əfqanın bu şəkildə Azərbaycana təhvil verilməsi Gürcüstan üçün problemlər yaradacaq”

“Azərbaycan hakimiyyəti bu addımı ilə insan hüquqları prinsiplərini pozmaqla yanaşı iki xalq arasındakı dostluq münasinətlərinə və Gürcüstan hakimiyyətinə ağır zərbə vurdu.”

Müsavat başqanı Arif Hacılı dünən Gürcüstandan oğurlanaraq Azərbaycana gətirilən, Gürcüstanda mühacir həyatı yaşayan müstəqil jurnalist Əfqan Muxtarlının həbsinə öz facebook səhifəsində status yazaraq münasibət bildirib.

Əfqan Muxtarlının həbsinın beynəlxalq nəticələri Azərbaycan hakimiyyətini çox da narahat etmir.

Çünki onsuz da bərbad olan imicində ciddi dəyişiklik baş verməyəcək.

Amma Əfqanın bu şəkildə Azərbaycana təhvil verilməsi Gürcüstan üçün problemlər yaradacaq.

Bu hadisəyə görə Gürcüstan ciddi beynəlxalq təziqlərə məruz qalacaq. Gürcüstan üçün də çox vacib olan iki xalq arasındakı etimad mühitinə xələl gələcək. Bu ölkəyə hətta turist axını dövlət büdcəsinə təsir edəcək səviyyədə azalacaq.

Azərbaycan hakimiyyəti bu addımı ilə insan hüquqları prinsiplərini pozmaqla yanaşı iki xalq arasındakı dostluq münasinətlərinə və Gürcüstan hakimiyyətinə ağır zərbə vurdu.

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: